Kanada polisi poçtla kəsilmiş ayaq göndərəni axtarır

31 May 2012 21:30 (UTC+04:00)

İstintaq Mühafizəkarlar Partiyasının ofisinə göndərilmiş ayağın Monrealda aşkar edilən başsız insan vücudundan götürülüb-götürülmədiyini müəyən etməyə çalışır.

Mətbuat insan ayağı ilə yanaşı Liberal Partiyasına içində kəsilmiş əl olan bağlamanın ünvalndığını bildirir.

İşin araşdırması Monreal polisinə həvalə olunub.

AP agentliyinə istinadən mətbuat əsas şübhəli kimi pornoaktyor Luca Rocco Magnottanın adını hallandırır.

Onun mənzilinin başsız cəsədin aşkar edildiyi ərazinin yaxınlığında yerləşdiyi bildirilir.

Hərçənd ki, polis Magnottanın yataq otağında qan izlərinin olması barədə mətbuatdakı iddiaları şərh etməyib.

Rocco Magnotta axtarışa elan olunub.

KİV-lərdə polis əlinə cinayəti əks-etdirən videoçəkilişin keçdiyi bildirilir.

 

Türkan Nadirqızı

Movqe.Az