"Atamın oğlu olsa da...."

29 Dekabr 2013 16:29 (UTC+04:00)

"Atamın oğlu, övladım, kim olursa olsun biz korrupsiya ilə mübarizədə geri addım atmarıq. Korrupsiyaya göz yummarıq". Move.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, insanları əvvəlcədən qaralamağın mənası yoxdur:


"Rüşvətə bulaşmamış insanları, sanki korrupsiyanın içindəymiş kimi göstərənləri də bağışlamarıq. Çünki o insanlar bu ölkədə əməyini, səyini ortaya qoyublar".

R.T. Ərdoğan prokrorların iş prinsipinə də toxunaraq bu günə qədər onların hamısını müdafiə etdiyini, ancaq CHP zehniyyətinə mənsub olan prokurorları başa düşmədiyini deyib.


"Əlində silah olmayan insanlara terror təşkilatı üzvü demək kimin həddinədir? İndi ana müxalifətin lideri qalxır eyni sayıqlamaları danışır. Sübutla danış,sübutla. Belə ləkə atmaqla bir yerə çata bilməz. Amma sənin xarakterin bunu tələb edir. Bununla bir şey əldə edəcəyini zənn edirsən. Amma Sosial Təhlükəsizlik Təşkilatı sədri olarkən etdiklərin heç bir zaman yaddaşlardan silinməyəcək. Rahşan Xanıma dua et, mərhum Ecevitə dua et . Onların əfvi ilə canını qutardın".