Rəcəb İvedik yenə hamını güldürəcək

29 Dekabr 2013 17:00 (UTC+04:00)

Türkiyənin məşhur komediya filmlərinin aktyoru Rəcəb İvedikin Maldiv adalarındakı sərgüzəştlərindən bəhs edən filmi 21 fevralda yayımlanacaq. Mövqe.az türk mətbuatına istinadən xəbər verir ki, Togan Gökbakarın rejissorluğunu boynuna götürdüyü filmin çəkilişləri dörd həftədə tamamlanıb. Maldiv adalarındakı çəkilişlər 40 dərəcə istinin altında keçirilib. Maldivilərdəki Robinson və Fun adlı iki adanı bağlayan "Camaşırxana Film", bu günə qədər o bölgədə çəkilən ən böyük filmi reallaşdırıb. Qeyd edək ki, "Recep İvedik 4" ün çəkilişləri tamamlanıb. Çəkilişləri dörd həftə davam edən filmin 20 günlük qisimi Maldiv adalarına reallaşıb. Filmin ərsiyə gəlməsində 90 nəfərlik qrup çalışıb.