Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub

29 Dekabr 2013 17:02 (UTC+04:00)

Erməni silahlı bölmələri bu gecə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.