Castin Timberleyk hamını təəccübləndirib

29 Dekabr 2013 17:30 (UTC+04:00)

Amerikanın məşhur pop-ulduzu Castin Timberleyk konsertlərinin birində pərəstişkarlarını təəccübləndirib. Mövqe.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur müğənni konsert zamanı pərəstişkarlarından birini səhnəyə çıxardıb. Səhnəyə çıxan Coş Klemons adlı fanat səhnədən sevgilisi Kim Martinə evlilik təklifi edib. Bu təklifdən şoka düşən Kim, evlilik təklifini qəbul edib. Zalda olan 22 min tamaşaçı bir neçə dəqiqə cütlüyü alqışlayıb.