Sürücülərə şad xəbər: yolunuz qısaldı
29 Dekabr 2013 21:48 (UTC+04:00)
Bu gün Yevlax-Gəncə avtomobil yolunun Gəncə
dairəvi hissəsinin açılışı olub.
Bu barədə Trend-ə
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin
rəhbəri Pünhan
Mürsəliyev məlumat
verib.
Ümumi uzunluğu 38 km olan yol 4 hərəkət zolağından
ibarətdir. Yolun mövcud 2 hərəkət zolağının yenidən qurulması
İtaliyanın "İnturesa" şirkəti, digər 2 zolağın yenidən tikintisi
isə Cənubi Koreyanın "Ultra Azerko" şirkəti tərəfindən həyata
keçirilib.
Yolun mövcud 2 zolağının yenidən qurulmasına
2009-ci ildən, digər 2 zolağın tikintisinə isə 2007-ci ilin
noyabrından başlanılıb. Yol boyu 4 körpü, 82 ədəd müxtəlif
diametrli boru, 4 yol qovşaşı və 8 avtobus dayanacağı inşa
olunub.
Bundan əlavə, yolun keçdiyi əazidə işarə
lövhələri, yol nişanları və zəruri olan hissədə işıqlandırma
sistemi quraşdırılıb.
Yol Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə
dövlət sərhədi avtomobil yolunun 344 km-dən başlayır və 382-ci
km-də baş başa çatır.
Yeni yolun açılışı ilə artıq Yevlax istiqamətindən
gələn nəqliyyat vasitələri Gəncə şəhərinə daxil olmadan birbaşa,
maneəsiz Gəncə-Qazax avtobilil magistralına çıxa
biləcəklər.
Qeyd edək ki, yeni yolun açılışı mərasimində
nəqliyyat naziri Ziya
Məmmədov, Nəqliyyat Nazirliyi
"Azəryolservis" ASC-nin sədri Cavid
Qurbanov, Gəncə şəhər İcra Hakimiyyətinin
başçısı Elmar
Vəliyev və digər ictimiayyət
nümayəndələri iştirak ediblər.