Cəbhə xəttində atəşkəs pozulub

29 Dekabr 2013 22:48 (UTC+04:00)
Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri ötən gecə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.