Astarada ikimərtəbəli ev yanıb

30 Dekabr 2013 10:29 (UTC+04:00)

Astara rayonunda yanğın olub. Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 19 km aralıda yerləşən Tüləküvan kəndində baş verib.

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 169 kv.m olan ikimərtəbəli 4 otaqlı ev yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.