“Neftçi” ilə “Fənərbaxça” qarşılaşacaq

30 Dekabr 2013 10:33 (UTC+04:00)

 "Neftçi" "Fənərbaxça" ilə yoldaşlıq oyunu keçirəcək. Movqe.az-ın Apasport-a istinadən verdiyi məlumata görə, "Neftçi" klubunun qış hazırlıq çərçivəsində keçirəcəyi daha bir yoxlama oyunundakı rəqibi müəyyənləşib. Komandadan verilən xəbərə görə, "ağ-qaralar" Türkiyə toplanışı çərçivəsində "Fənərbaxça" ilə qarşılaşacaq.


"Neftçi" İstanbul nəhəngi ilə "Mardan" stadionunda üz-üzə gələcək. Oyun yanvarın 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu matç "Fənərbaxça" üçün Antalya toplanışında sonuncu olacaq. Matçdan sonra komanda İstanbula qayıdacaq.


Qeyd edək ki, "Neftçi" Antalyada Qazaxıstanın "Aktobe" və Albaniyanın " Partizani" klubları ilə də görüşəcək.