Sərdar Ortacın evlənəcəyi tarix bəlli olub
30 Dekabr 2013 11:00 (UTC+04:00)
Keçdiyimiz günlərdə İrlandiyada nişanlanan Türkiyənin məşhur
müğənnisi Sərdar Ortac və Xloye
Louqhnan, may ayında Türkiyədə evlənməyi planlaşdırır. Evlilik
yolunda ilk addımı atan cütlük, dünən axşam Dublindən İstanbula
gəlib. Nişan üzükləri taxılanda çox həyəcanlandığını söyləyən
Sərdar Ortac, "Hər şey çox gözəl
idi. Artıq ciddi bir hadisəyə girmiş olduq. Nişan İrlandiyada oldu
amma toyu Türkiyədə edəcəyik" deyə jurnalistlərin suallarını
cavablandırıb. Müğənni, "Toy tarixi müəyyən olub?" Sualına isə belə cavab verib: "May ayında
olacaq,səbirsizliklə gözləyirik".