Rusiyada bütün telefon danışıqlarının dinlənilməsi təklif olunur

30 Dekabr 2013 11:08 (UTC+04:00)

Rusiyanın Liberal Demokrat partiyasının sədri Vladimir Jirinovski təklif edir ki, Rusiyanın cənub bölgələrindəki bütün telefon danışıqları dinlənilsin. 


"Antiterror əməliyyatlarının gücləndirilməsi üçün qanunvericiliyi təkmilləşdirmək istəyirik. Bu qanun Rusiya ərazisinin müəyyən yerlərində deyil, risk zonalarının hamısında keçərli olsun", - o qeyd edib. 


Onun sözlərinə görə, Rusiya ərazisində risk zonası Şimali Qafqaz və Rusiyanın cənuba yaxın əraziləridir. 


"Qanunvericilikdə telefon danışıqlarının dinlənməsi və poçtların yoxlanması var. Elə etmək lazımdır ki, bu qayda tək əməliyyatlar zamanı deyil, hər zaman keçərli olsun", - Jirinovski əlavə edib.