Bakı-Naxçıvan reysinə uçuşlar artırıla bilər-Özəl

30 Dekabr 2013 11:30 (UTC+04:00)

Paytaxtdan Bakı-Naxçıvan istiqamətinə uçuşların sayı artırılacaq. Bu barədə Movqe.az-a məlumatı  Azərbaycan Hava Yolları" QSC (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli verib. M. Səfərli bildrib ki, hazırda hava limanı gücləndirilmiş iş rejimində çalışır: "Azərbaycandan baramla əlaqədar sərnişin axını daha çox Naxçıvan və Dubay istiqamətinə artıb. Hazırda qrafikə əsasən Bakı-Naxçıvan reysinə uçuşlar gündəlik 4 dəfə həyata keçirilir. Əgər bayram günlərində təlabat artsa bu rəqəm 6-a çatdırıla bilər". 

M. Səfərli bildirdi ki,  hava limanında gücləndirilmiş iş rejimi bayram günlərində də davam etdiriləcək.