Putin seperatçılara qarşı yeni qanun imzaladı

30 Dekabr 2013 12:27 (UTC+04:00)

Rusiya prezidentinin imzaladığı yeni qanuna görə, ölkədə separatçılıq çağırışı edənlər 5 ilə qədər həbs cəzasına məhkum olunacaq

Rusiyada çox müzakirələrə səbəb ola biləcək mühüm bir qanun qüvvəyə minib.

Movqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir, Rusiya Federasiyasının ərazi bütövlüyünü təhdid edən və seperatçılıq çağırışları edənlərin ağır cəzaya məhkim olunması ilə bağlı qanun imzalayıb. 

Yeni qanuna görə, bundan sonra . Bundan başqa, onlar təxminən 9 min dollar cərimə olunacaq, 300 saat ictimai iş cəzasına, və ya 3 ilə qədər həbs cəzasına məhkum olunacaq. 

Əgər bu çağırış mətbuat, yaxud internet vasitəsi ilə edilərsə, bu zaman həmin şəxs və ya şəxslərə 5 ilə qədər həbs cəzası veriləcək. 


Qeyd edək ki, dekabrın əvvəllərində universitet tələbələri ilə bir araya gələn Putin bildirmişdi ki, seperatçılıqla bağlı edilən çağırışlar konstitusiyaya ziddir və bunu edənlər ciddi cəzalandırılacaq.