Sinan Akçılın bu seçimi fanatlarını qəzəbləndirdi

30 Dekabr 2013 13:48 (UTC+04:00)

Harun Tandan boşanaraq evliliyini bitirən Ebru Şallı, yeni sevgilisi Sinan Akçılın fanatlarının pis reaksiyası ilə qarşılaşıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, keçən gün sevgilisi ilə "Twitter"da mesajlaşan Ebru, qarşısında bir anda Akçılın pərəstişkarlarını görüb. Şallıya "Sən araya girmə" kimi şərhlər yazan Sinan Akçılın pərəstişkarları; musiqiçiyə belə səslənib: "Hər şeyin mükəmməl bircə ürəyivin seçimini düzgün etmədin". Bu yazıları görən Akçıl pərəstişkarlarından susmağı tələb edib.