Azərbaycan XİN Volqoqradda törədilmiş terror aktlarını pisləyib

30 Dekabr 2013 13:32 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya Federasiyasının Volqoqrad şəhərində törədilən terror aktları ilə bağlı bəyanat yayıb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, nazirlik Volqoqrad şəhərinin dəmir yolu vağzalında və ictimai nəqliyyatda baş vermiş terror aktlarını qəti şəkildə qınayır, bu terror əməlləri nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına və Rusiya xalqına başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını arzuladığını bildirir.

 

"Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini pisləyir" - deyə bəyanatda vurğulanır.