Gültəkin Hacıbəylinin apellyasiya şikayəti təmin edilməyib

30 Dekabr 2013 13:42 (UTC+04:00)

Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevə qarşı apellyasiya şikayətinə baxılıb.

 

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, G. Hacıbəyli M. Mehdiyevin Cinayət Məcəlləsinin 147.1 (Kütləvi informasiya vasitəsində böhtan yayma), 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148.1-ci (təhqir) maddələri ilə cəzalandırılması barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.

 

Apellyasiya şikayəti həmin qərardan verilib.