Tuba Büyüküstünün hansı xüsusiyyəti ortaya çıxıb?

30 Dekabr 2013 15:45 (UTC+04:00)

Türkiyənin gözəl aktrisası Tuba Büyüküstünün bilinməyən bir xüsusiyyəti ortaya çıxıb. Məşhur aktrisa boş vaxtlarında tikiş işləri ilə məşqul olur. 2 yaşı tamam olan əkiz qızları Torpaq və Mayanın paltarlarını özünün tikdiyini bildirən Büyüküstün , "Xüsusilə çəkiliş aralarında çox boş vaxtım qalır. Mən də qızlarımdan uzaqda olduğum vaxt onlar üçün bir şeylər edirəm. Bu zaman özümü onların yanında hiss edirəm. Mən uşaqlarım üçün istədiyim kimi paltarlar tapa bilmirəm. Ona görədə özüm edirəm" Qeyd edək ki, Yeni il tətili üçün həyat yoldaşı məşhur aktyor Onur Saylak və qızları ilə birlikdə Londona gedən Büyüküstün , 2014 cü ili İngiltərədə qarşılayacaq.