Tarkan artıq Bakıda

30 Dekabr 2013 16:00 (UTC+04:00)

Türkiyənin meqa starı Tarkan yeni il gecəsi Azərbaycanın paytaxtı Bakıdan iki saat uzaqlıqdakı Qubada yerləşən "Rixos Otel"də səhnəyə çıxacaq. Mövqe.az xəbər verir ki, konsertdən 1 milyon TL alacaq olan Tarkan dünən xüsusi təyyarə ilə Bakıya gəlib. Qeyd edək ki, məşhur müğənni uçuş zamanı "Yılmaz Özdil"in "Birlikdə yürüdük biz bu yollarda" adlı kitabını oxuyub.