Kıvanç Tatlıtuğ ilə birlikdə çəkildiyi "Kuzey Güney" serialının
ilk televiziya layihəsi olan Öykü Karayel, "Televiziya teatrdan çox
fərqlidir. O sahədə nə qədər müvəffəqiyyətli ola biləcəyimi
bilmirdim. Əvvələr də çətinlik çəkdim. Türkiyənin şərtlərinə
baxanda serial çəkməyin çox asan bir şey olduğunu deyə
bilməyəcəyəm. Teatr daha asan və dinc bir işdir. Belə
fikirləşməyimin səbəbi uzun saatlar iş prosesindən irəli gəlir"
deyə vurğulayıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki,
yanvar ayının ortasından etibarən "Qatil Joe" adlı oyunla teatr
səhnəsində çıxış edəcək olan aktrisa, şöhrətlə əlaqədar
düşüncələrini isə bu sözlərlə yekunlaşdırıb: "Özümü məşhur olaraq
görmürəm. Sanki kişilər şöhrəti qaldırmaqda qadınlara görə daha çox
çətinlik çəkirlər. Bu onları daha çox pozur. Mən olduğum kimiyəm.
Həyatımda çox şey dəyişməyib. Dəyişən tək şey ayrı bir evdə
yaşamaqımdır"deyə müsahibəsini tamamlayıb.