Nazir Naxçıvana yola düşdü

5 Yanvar 2014 13:00 (UTC+04:00)
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Naxçıvan Muxtar Respublikasına səfər edib. Müdafiə nazirliyindən ANS PRESS-ə daxil olan məlumata görə, səfərin məqsədi Əlahiddə Ümumqoşun Ordusunun yeni tədris ilinə hazırlığını yoxlamaqdır.  Müdafiə nazirinin rəhbərlik etdiyi qrup, hərbi hissələrin maddi-texniki və silah-sursatla təchizatının vəziyyətini, şəxsi heyətin sosial-məişət məsələlərini yoxlayacaq.