Bu günün hava proqnozu
5 Yanvar 2014 15:53 (UTC+04:00)
Movqe.Az AzərTAc-a istinadən bildirir
ki, Bakıda və Abşeron
yarımadasındabuludlu hava şəraitinin
üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı
gözlənilir.
Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti
olacaq.
Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə
sütunu, nisbi rütubət gecə 80-90 faiz təşkil
edəcək.
Naxçıvan Muxtar
Respublikasında arabir duman
olacağı, bəzi yerlərdə zəif qar yağacağı
gözlənilir.
Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 0-5°
şaxta olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında gecə və axşam bəzi
yerlərdə zəif qar yağacağı, duman olacağı
gözlənilir.
Temperatur gecə 3-8° şaxta, gündüz 3° şaxtadan
2°-dək isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli,
Cəbrayıl rayonlarındaəsasən yağmursuz
keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı
gözlənilir.
Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz
3-7° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında arabir yağıntılı
olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 1-6° şaxta, gündüz 0-5° isti,
dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta təşkil
edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan, Neftçala
rayonlarında bəzi yerlərdə yağıntılı
olacağı, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı
gözlənilir.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8°
isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında arabir yağıntılı
olacağı, dağlıq ərazilərdə qar yağacağı
gözlənilir.
Temperatur gecə 0-3° isti, gündüz 4-7° isti,
dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil
edəcək.