Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin olundu
5 Yanvar 2014 21:08 (UTC+04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni rəis
təyin olunub.
AzNews.az-ın xəbərinə görə, bununla bağlı müdafiə
naziri Zakir Həsənov yeni əmr imzalayıb.
Əmrə əsasən, nazirliyin İnformasiya İdarəsində
çalışan polkovnik-leytenant Vaqif Dərgahlı mətbuat xidmətinin rəisi
təyin edilib.
Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri təyin
olunduqdan sonra qurumun mətbuat xidmətinə 7 il rəhbərlik etmiş
sabiq deputat Eldar Sabiroğlu raport yazaraq Silahlı Qüvvələrdən
təxris olunmasını xahiş edib və məzuniyyətə çıxıb. Məzuniyyəti başa
çatan kimi 2013-cü ilin dekabr ayında isə o, ordu sıralarından
təxris edilib.