Azərbaycan vaqon istehsal edəcək
6 Yanvar 2014 20:00 (UTC+04:00)
Gəncədə tikintisi planlaşdırılan yeni dəmiryol
vaqonları istehsalı zavodu həm yeni müasir vaqonların istehsalını,
həm də köhnə vaqonların əsaslı təmirini həyata keçirməyə imkan
verəcək.
Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları"
QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, Gəncədə Vaqon Deposunun
bazasında tikiləməsi planlaşdırılan zavodun inşasına 2014-cü ildə
başlanacağı gözlənilir.
N.Əzməmmədov bildirib: "Hazırda layihə hazırlanma
mərhələsindədir və yaxın aylarda onun reallaşdırılmasına
başlanacaq".
Qeyd edək ki, bir müddət əvvəl nəqliyyat
naziri Ziya
Məmmədovun dediyi kimi, ölkədə yeni
vaqonqayırma zavodunun tikintisi ilə əlaqədar İsveçrənin "Stadler"
şirkəti ilə danışıqlar aparılır.