ABŞ donmağa davam edir - FOTOLAR

7 Yanvar 2014 11:02 (UTC+04:00)

"Şimali Amerikanın şiddətli soyuğu şərqə doğru əsməyə davam edir, son 20 ildə belə təhlükəli hava şəraiti qeydə alınmamışdı" deyə hidrometroloqlar xəbərdar edir. Montanadan Merilanda-ABŞ-ın təxminən yarısı verilən xəbərdarlıq və məsləhətlərə uyğun olaraq hərəkət edir. Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Kanadanın Ontario əyaləti -40C (-40F) temperaturla üzləşib. Hidrometroloqlar insanları çərşənbə axşamı Mərkəzi-qərbdən ABŞ-ın şimal-şərqinə doğru gələn soyuq barədə xəbərdar edir. Mənfi hava temperaturunun Texas və Floridanın mərkəzinə doğru gəlməsi də gözlənilir. Xatırladaq ki, soyuq hava şəraiti 16 nəfərin ölümünə səbəb olub. Nyufaundland, Kanada təxminən 1000 ev bazar ertəsinə kimi işıqsız qalıb.