ATƏT-in Bakıda keçiriləcək illik iclasının tarixi müəyyənləşdi

7 Yanvar 2014 11:27 (UTC+04:00)

ATƏT-in Parlament Assambleyasının Bakıda keçiriləcək illik iclasının tarixi müəyyənləşib. ATƏT-in rəsmi saytına istinadən verilən məlumata görə, illik iclas 2014-ci ilin iyun ayının 28-dən iyul ayının 2-ə dək davam edəcək.


Qeyd edək ki, illik iclasın Bakıda təşkil olunması üçün Azərbaycanda tərəfi təşəbbüs göstərib və bu barədə bir müddət öncə ATƏT PA-na yazılı müraciət olunub.