Nazir Tədbirlər Planını təsdiqlədi

7 Yanvar 2014 11:20 (UTC+04:00)
20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib. Təhsil Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, tədbirlər planı təhsil nazirinin 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün qeyd edilməsi barədə əmri ilə təsdiqlənib. Əmrə əsasən, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ilk peşə ixtisas, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, tədbirlər planına müvafiq olaraq tabeliklərindəki təhsil müəssisələrində 10-18 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər müəyyənləşdirib həyata keçirsinlər, əmrin icrası ilə bağlı görülmüş işlər barədə yanvarın  25-dək nazirliyə hesabat təqdim etsinlər. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.