Rəqqasə Aytənə canlı yayımda təklif gəldi-FOTOLAR

7 Yanvar 2014 11:36 (UTC+04:00)
Bu yaxınlarda Türkiyənin məşhur rəqqasəsi Asena ilə eyni səhnəni paylaşan, hətta klip çəkdirən rəqqasə Aytəndən xəbər var.  Mövqe.az-ın məlumatına görə, rəqqasə müğənni-dostu Elnur Məmmədovun klipinə çəkiləcəyi barədə danışıb. Bu barədə əməkdaşımızla söhbəti zaman məlumat verən peşəkar oriental ifaçısı Aytən bildirib: " Elnur dostumdur. Verlişlərin birində o ifa etdiyi mahnı zamanı mən də rəqs etdim. Həmin mahnıya klip çəkiləcəyini bilmirdim. Ancaq Elnur canlı yayımda elə mənim rəqsimi gördü və mənə təklif etdi ki, həmin mahnının klipinə çəkilim. Mən də sevə-sevə razılaşdım. Qarşıda çox maraqlı layihələrim var".