Obama və Buş Ağ evdə görüşüb

1 İyun 2012 12:08 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ Prezidenti Barak Obama ABŞ-ın keçmiş Prezidenti Corc Buşu həyat yoldaşı Laura Buş ilə bərabər Ağ evdə qonaq edib. Mərasimin əsas məqsədi Buş və xanımının rəsimlərinin Ağ evdə qoyulması idi.Obamanın hakimiyyətə gələn gündən tez-tez tənqid etdiyi simalardan biri olan Buşu Ağ evdə qonaq etməsi maraqlı görüntülərin yaranmasına səbəb olub. Mərasimdə Obama və Buş siyasi məsələləri unudub bir-birinə tərif dolu sözlər deyib, zarafatlaşıblar. Obama, "Siyasi düşüncələrimiz fərqli olsa da Amerika prezidenti olmaq daha məsuliyyətli bir işdir. Hamımız ölkəmizi sevirik, onun daim uğur qazanmasını istəyirik." deyib.

Mərasimin sonunda Buş Obama və xanımına qonaqpəvərlikləri üçün təşəkkür edib.