Yeni metro stansiyası hazır olmaq üzrədir
7 Yanvar 2014 17:19 (UTC+04:00)
Bakının çıxışında "Avtovağzal" metro stansiyasının
tikintisi başa çatmaq üzrədir. Movqe.Az bu barədə day.az-a
istinadən xəbər verir. Məlumata
əsasən, stansiyada artıq bir neçə eskalator, iki ədəd travolator
quraşdırılıb. Ancaq işlər tam başa çatmayıb. Stansiyanın
keçidlərində müasir işıqlandırma sistemi
quraşdırılıb.
Stansiyada platformanın uzunluğu 144 metr olacaq.
Əsas hissədə 7 vaqondan ibarət qatarlar dayana biləcək. Stansiyanın
9 ədəd çıxışı olacaq. 20 ədəd eskalator, 8 ədəd travolator
quraşdırılacaq.
Travolatorların uzunluğu 40-60 metr, eni 1 metr,
sürəti isə 0,65 m/s təşkil edəcək.
Hazırda mövcud olan stansiyalardan fərqli olaraq
"Avtovağzal" stansiyasında əlillər üçün liftlər də quraşdırılacaq.
Həmin liftlər birbaşa platformaya enəcək. Hündürlüyü 15,2 metr olan
liftlərin ağırlıq qaldırma qabiliyyəti 630-1150 kq
olacaq.
Stansiyanın may ayında istifadəyə verilməsi
nəzərdə tutulur.