Kriştianu Ronaldu: "Qollarımı Eysebioya həsr edirəm"

7 Yanvar 2014 20:34 (UTC+04:00)

"Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldu dünən "Selta Viqo" (3:0)  ilə oyundan sonra fikirlərini bölüşüb. 
 

Milli.Az-ın məlumatına görə, Ronaldu qollarını Eysebioya həsr etdiyini bildirib.
 

"Matç çox çətin alındı, rəqib ilk hissədə qapısının qarşısında sanki avtobus saxlatdırmışdı. 2-ci hissədə oyunumuz bir az yaxşı alınmağa başladı. Beyl iləXesenin oyuna daxil olması matçda dəyişiklik yaratdı. İkisi də əla oynadılar, ikisini də təbrik etmək istəyirəm. 

Biz daha da artırmalıyıq. Mövsüm uzundur və biz rəqiblərimizə çatıb sonra onları keçmək istəyirik. Mənim üçün fərqi yoxdur, "Atletiko" - "Barselona" matçında kim qalib gələcək, onsuz da ikisindən biri xal itirəcək. Amma buna baxmayaraq, biz oyunlarımızda qələbə qazanmalıyıq. 

Meydanda azarkeşlərin və İspaniyanın Eysebioya verdiyi hörməti mən yüksək qiymətləndirirəm. Biz çox yaxın idik. O mənə çox kömək edirdi. Əlbəttə, matçda vurduğum qolları ona həsr edirəm".