Elmar Məmmədyarov və Edvard Nalbandyan görüşəcəklər

8 Yanvar 2014 10:05 (UTC+04:00)

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri yanvarın sonunda görüşəcəklər. Məlumata görə, görüşün yanvarın üçüncü ongünlüyündə keçirilməsi planlaşdırılır. 

Verilən xəbərə görə, yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin nizama salması üçün Cenevrəyə baş çəkəcəklər və ATƏT-in qüvvədə olan sədriylə danışıqların aparılması gözlənilir.