Allahşükür Paşazadə pravoslavları təbrik edib

8 Yanvar 2014 11:04 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə Azərbaycanda yaşayan pravoslavları Milad bayramı münasibətilə təbrik edib. QMİ-dən anspress-ə verilən məlumata görə, Şeyxülislamın Bakının və Azərbaycanın arxiyepiskopu Aleksandra ünvanladığı təbrik məktubunda deyilir: 


"Müsəlmanlar adından və şəxsən öz adımdan Azərbaycanda yaşayan Pravoslav kilsəsinin bütün övladlarını Milad bayramı və Yeni ilin başlaması münasibəti ilə ürəkdən təbrik edirəm".


Qafqaz müsəlmanlarının dini liderinin məktubunda deyilir: "Uca Tanrı bizi yaxınlaşdıran və birləşdirən hər şeyin qorunub saxlanması və ləyaqətli inkişafı naminə cəhdlərimizə xeyir-dua verəcək və bütün Azərbaycan xalqının ümumi rifahına imkan yaradacaq".