Allah və din ünvanına təhqiramiz ifadələr işlədən Nadirdən açıqlama-Eksklüziv
8 Yanvar 2014 11:39 (UTC+04:00)
Müğənni Nadir Qafarzadənin "Space" TV-nin hələ ki efirə getməyən
"Sizin saat" verilişinin çəkilişi zamanı verdiyi açıqlama qalmaqal
yaradıb.
Belə ki, onun estetik cərrahiyyə mövzusunda müzakirə zamanı dinin
mövqeyini şərh edən ilahiyyatçı Elşad Mirini təhqir etdikdən sonra
Allah və din ünvanına təhqiramiz ifadələr işlədərək studiyanı tərk
etdiyi deyilir. Elşad Miri isə öz facebook profilində Nadir
Qafarzadəni məhkəməyə verməklə hədələyib. Müğənni Nadir
Qafarzadə isə deyilənlər barədə Mövqe.az-a açıqlama verib: "Heç bir
təhqir olmayıb. Mən Allah və din ünvanına təhqiramiz ifadələr
səsləndirməmişəm. O məni xəstə təxəyyüllü insan
adlandıra bilməz. Məgər, mömin insanlar elə sözlər işlədir? Hələ
verliş efirə getməyib. Getsin sonra baxarıq. Məhkəmə barədə isə heç
nə deyə bilmərəm. Özü bilər. Barışmaq olmayıb".