8,5 aylıq hamilə olan Türkiyənin məşhur
müğənnisi Dəmət Akalın həyat yoldaşı Okan Kurt ilə birlikdə Ak
mərkəzdə görüntülənib. Mövqe.az türk mətbuatına istinadən bildirir
ki, bir kafedə oturan Akalın-Kurt cütlüyünün foto şəkili ictimai
mediyaya yayılıb. Hira adını verəcəkləri körpələrinin doğumuna bir
ay qalmış "İnstaqram"da paltar şəkili paylaşan müğənninin
yenə alış-verişə getməsi hamının marağına səbəb olub.