Azərbaycanda valideyn himayəsindən məhrum olunmuş uşaqlara xüsusi güzəştlərr ediləcək

8 Yanvar 2014 16:26 (UTC+04:00)

Parlamentin Sosial siyasət komitəsindən APA-ya verilən məlumata görə, "Valideyn himayəsindən məhrum olan uşaqların ailələrə verilməsi haqqında" qanun layihəsi artıq komitənin yaz sessiyasında iş planına daxil edilib.

Qanunda valideyn himayəsindən məhrum olunmuş uşaqlarla bağlı bir sıra güzəştlər var. Bura həmin uşaqların güzəştli ali təhsil alması, xüsusi müavinətlərin ayrılması, ev təminatı və sair məsələlər daxildir. Layihədə, həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ailə tipli kiçik qrup evlərinin yaradılması təklifi də var.