Aynişan və Mirkamilin nişanlı olub-olmaması bəlli oldu - AÇIQLAMA - ÖZƏL

8 Yanvar 2014 17:30 (UTC+04:00)
"Bülbüllər" qrupunun yaradıcısı, əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişandan xəbər var. Müğənninin qızının İranda ürək əməliyyatı keçirən Mirkamil Kamilovla nişanlanması barədə yayılan xəbərlərə açıqlama gəlib. Aybəniz xanımın bacısı Rena xanım Mövqe.az-ın suallarını cavablandırıb: "Aybəniz xanımın telefonlarının səsini almışıq. Son olanlardan sonra təzyiqi qalxıb. Pis olub. Səhhəti ilə bağlı problem yaranıb". 


Sənətkarın bacısı Rena xanım Aynişanın Mirkamillə nişan xəbərini də təkzib edib: "Yalan söhbətdir. Xeyr, elə şey olmayıb. Aynişanla Mirkamil nişanlanmayıb. Mirkamili Aybəniz xanımın çox istəməsi isə normaldır. Çünki Aybəniz xanım bütün sənətə gətirdikləri insanları çox istəyir".