AFFA hakimləri Türkiyəyə göndərir

8 Yanvar 2014 20:56 (UTC+04:00)

Yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində hakimlərin təlim-məşq toplanışı keçiriləcək

Yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində hakimlərin təlim-məşq toplanışı keçiriləcək. Movqe.az AFFA-nın saytına istinadən xəbər verir ki, hazırlıq prosesinə cəlb olunan hakimlərin nəzəri və təcrübi hazırlıqlarına Xaqani Məmmədov, Namiq Quliyev və Asim Xudiyev rəhbərlik edəcək.


Toplanışda 19 referi və 19 köməkçi hakim iştirak edəcək. Onlar aşağıdakılardır:

Referilər: Əliyar Ağayev, Rəhim Həsənov, Anar Salmanov, Fariz Yusifov, Vüsal Əliyev, Rauf Cabbarov, Orxan Məmmədov, Ramil Diniyev, Elvin Əsgərov, Ramil Əhmədov, Ömər Paşayev, Sərxan İsmayılov, Ziya Nəsirov, Mahir Məmmədov, Ramiz Məhərrəmov, Nail Nağıyev, Alik Yunusov, Etibar Həsənov, Rəşad Əhmədov


Referi köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Namiq Hüseynov, Mübariz Haşımov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Elşən Acalov, Cavanşir Yusifov, Elman Musayev, Azər Əsgərov, Munis Abdullayev, Nahid Əliyev, İsgəndər Əliyev, Rahil Ramazanov, Coşqun Həsənov, Akif Əmirəli, Rəvan Həmzəzadə