Məryəm Üzərli məscidə gedib

9 Yanvar 2014 10:30 (UTC+04:00)

Tükənmişlik sindromu səbəbi ilə getdiyi Almaniyada köhnə sevgilisi Can Atəşdən hamilə olduğunu öyrənən Məryəm Üzərli, hələ ki Türkiyəyə dönmək fikri olmadığını açıqlayıb. 8 aylıq hamilə olan və körpəsini Berlində dünyaya gətirəcək olan aktrisa dinclik tapmaq üçün məscidə getdiyi bilinib. Mövqe.az türkiyə mətbuatına istinadən bildirir ki, hər həftə Berlindəki Türk Şəhidlik məscidinə gedən gözəl aktrisa, burada uzun müddət qalaraq doğulacaq uşağı üçün dua edir. Qeyd edək ki, İslam dini ilə əlaqədar bir çox məlumat əldə edən Məryəm, ötən gün də ictimai mediyada "Allah yanımızdadı o halda qorxulacaq bir şey yoxdur" deyə yazıb.