"Çalıquşu" serialı Rusiyada yayımlanacaq

9 Yanvar 2014 11:00 (UTC+04:00)

Rusiyanın milli TV kanallarından biri olan "Domaşni TV"də Türkiyənin məşhur serialı  "Çalıquşu" yayımlanmağa başlayıb. Sovetlər Birliyi illərindən sonra göstərilən ilk və tək Türk serialı olan, "Çalıquşu" uzun müddət keçməsinə baxmayaraq yaddaşlar da qalıb. Serialın yeni versiyası, Rusiyada da böyük maraqla qarşılanıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, 12 Yanvar bazar günü serialın reklam kampaniyası başlanacaq. Qeyd edək ki, "Domaşni TV" nin yayımladığı "Muhteşem Yüzyıl" serialı, Rusiyada 2013-ci ilin ən müvəffəqiyyətli xarici serialı seçilib.