Roman mağazalarının sahibi Turqut Toplusoyun oğlu Buğra Toplusoy
Türkiyənin gözəl aktrisası Ceyda Atəş ilə eşq yaşamağa başladıqdan
sonra, atasının reaksiyası heç də ürək açan olmayıb. Yeni bir iş
qurmaq üçün Amerikaya gedən Buğra Toplusoy keçən həftə İstanbula
qayıdıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, uzun
zamandır görüşməyən Buğra Toplusoy ilə Ceyda Atəş ötən gün Bolu
Kartalkayada görüntülənib. Qeyd edək ki, tətili bir yerdə keçirdən
sevgililər qarın dadını çıxardıb. Tətil zamanı çəkilən fotonu
Mövqe.az sizə təqdim edir.