Aparıcı Azər İsmayılov yanındakı qızın kimliyini açıqladı

9 Yanvar 2014 11:01 (UTC+04:00)
Aparıcılıqla yanaşı biznesmen kimi də fəaliyyət göstərən tanınmış aparıcı Azər İsmayılovun yeni fotoları yayılıb. Mövqe.az-ın məlumatına görə, bir müddət əvvəl həyatyoldaşı Vüsalə Əlizadədən boşanan teleaparıcının guya ki, özünə yeni sevgili tapması barədə xəbərlər yayılıb. Şəkillərdən belə hiss olunsa da, Mövqe.az-ın suallarını cavablayan zaman teleaparıcı buna çox sərt reaksiaya verib: " O, cür xəbərlərin yazılması məni narahat etmir. Boşanmış insanam, kişiyəm. Xanımlarla görünməyim normalır. Kişi xanımla görünər də... Burada qəbahətli heç bir şey yoxdur. Sadəcə insanlarda mənfi fikir oyatmaq, haqqımda anormal şeylərin yazılmasının tərəfdarı deyiləm. Gecə saat 3-dür oturmuşuq dostlarımızla, o xanım da orada olub, qəlyan çəkirik, çay içirik. Mən həmin şəkli İnstagram profilimdə paylaşımışam. Kimlərsə yayıbsa, bu düzgün deyil. Gündə mən milyonlarla xanımla otur-dur edirəm. Amma bu o demək deyil ki, onlar mənim sevgilimdir. Həmin xanım çox da normal bir qızdır. Və aramızda heç bir əlaqə yoxdur".