ABŞ-dan utandırıcı dələduzluq

9 Yanvar 2014 12:12 (UTC+04:00)

Nyu Yorkda sosial yardım dələduzluğu iddiasıyla ötən gün nəzarətə alınan onlarla polis və xilasedici arasında , 11 Sentyabr hücumlarında kömək işlərinə qatılan polis və yanğınsöndürənlərin də olduğu aşkar edilib. Movqe.Az "nydailynews.com"a istinadən xəbər verir ki, rəsmi təşkilatlara milyonlarla dollara başa gələn rüşvətxorluq istintaqı daxilində 72 polis , 8 xilasedici və 5 həbsxana işçisi nəzarətə alınıb. ABŞ tarixinin ən utandırıcı fırıldaqçılıq qalmaqalı olaraq təyin olunan istintaqda , 100 polis məmuru və xilasetmə işçisinin 11 Sentyabr hücumlarından sonra psixoloji və fiziki olaraq əlil vəziyyətinə gəldiklərini söyləyərək təqaüdə çıxdıqları aşkarlanıb. Lakin Qlen Lieberman adlı polis məmurunun əlil olaraq təqaüdə ayrıldıqdan sonra Facebooka jetski üzərində qoyduğu fotoşəkil həqiqətləri ortaya çıxarıb. İnsanlarla əlaqə qura bilmədiyini söyləyərək sosial yardım tələb edən birinin isə küçə festivalında dəzgah açaraq satış etdiyi təsbit edilib.

Qeyd edək ki, 11 Sentyabr hücumları nəticəsində təqaüdçü olan şəxslərin əksəriyyəti ildə ən az 50 min dollar təzminat alır.