Aybəniz Haşımovanın halı pisləşib?-ÖZƏL
9 Yanvar 2014 12:09 (UTC+04:00)
Aybəniz Haşımovanın halı pisləşib. Mövqe.az-ın məlumatına görə
sevimli müğənninin son zamanlar təzyiqi yüksək olur. Qızı Aynişan
və Mirkamillə bağlı söz-söhbətin yayılması əməkdar artisti
yaman əsəbləşdirib. Bu barədə Mövqe.az-a sənətkarın bacısı Rena
xanım məlumat verib: " Aybəniz xanımın narahat olmaması və
əsəbləşməməsi üçün telefonlarının səsini almışıq. Hal-hazırda evdə
dincəlir. Son olaylardan sonra təzyiqi yüksəkdir. Əsəb keçirtməsi
olmaz. Həkim nəzarətindədir".
Qeyd edək ki, İranda əməliyyat olunan gənc müğənni Mirkamil
Kamilovun yanına gedib-gələndən sonra Aybəniz Haşımovanın
qızı Aynişan Quliyevanın guya Mirkamillə nişanlı olduğu xəbəri
yayılmışdı. Ancaq Mirkamil Kamilov Aybəniz xanımı anası adlandırıb
və belə şeyin mümkünsüz olduğunu açıqlayıb.