Aşıq Tellini döyüblər-ŞOK

9 Yanvar 2014 13:06 (UTC+04:00)

Aşıq Telli bacısının evində döyülüb. Mövqe.az-ın məlumatına görə aşıq bu barədə "Pərdə" verlişində danışıb. Telli Borçalı sənətə necə gəlməsindən və ailəsinin onu dəstəkləmədiyini açıqlayıb: 

"Məni Bakıya gəlməyə qoymurdular. Ailəmdən gizli Aşıq Pəri məclisinə gəldim. O gələn bir də geri qayıtmadım. Anam xəbər tutub Bakıda yaşayan bacımgilə gəldi, məni o ki var milçəköldürənlə döydü".