Bakının əsas yollarından birində piyada keçidləri inşa edilir
9 Yanvar 2014 22:36 (UTC+04:00)
Bu barədə Trend-ə
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin
rəhbəri Pünhan
Mürsəliyev bildirib.
Onun sözlərinə görə, piyada keçidləri Ziya
Bünyadov prospekti 118-də, "Hyundai" avtoservisinin qarşısında,
Ziya Bünyadov prospektindəki "Azpetrol" yanacaqdoldurma
məntəqəsinin yanında, Ələsgər Qayıbov küçəsi ilə Ziya Bünyadov
prospektinin kəsişməsində və Akademik Ə.M.Quliyev adına Aşqarlar
Kimyası İnstitutunun yaxınlığında inşa edilir: "Azpetrol"
yanacaqdoldurma məntəqəsinin yaxınlığındankı keçiddə dayaqlar
montaj olunub, hazırda üzləmə işləri gedir. Ələsgər Qayıbov küçəsi
ilə Ziya Bünyadov prospektinin kəsişməsindəki keçiddə dayaq
bünövrələri tikilib, hazırda dayaqların və aşırım meydançasının
tikinti meydançasına gətirilməsi həyata keçirilir. "Hyundai"
avtoservisinin qarşısındakı və Akademik Ə.M.Quliyev adına Aşqarlar
Kimyası İnstitutunun yaxınlığındakı keçidlərdə isə dayaq
bünövrələri tikilib, hazırda dayaq və aşırım qurğuları zavod
şəraitində hazırlanır".
Piyada keçidlərinin parametrləri eyni olacaq:
uzunluğu 56 metr, eni 3 metr, yerdən hüdürlüyü isə 6 metr təşkil
edəcək.