Bakıda çoxmərtəbəli binalarla bağlı yeni qərar
9 Yanvar 2014 23:39 (UTC+04:00)
Bakıda binaların bir-birinə çox yaxın şəkildə
tikilməsi texniki təhlükə yaratmaqla yanaşı, mənəviyyatımıza və
insanların sağlamlığına da ciddi zərbə
vurur.
Bunu Trend-ə açıqlamasında Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və
informasiya şöbəsinin müdiri Cahangir Qocayevbildirib.
Onun sözlərinə görə, Bakıda bir-birinə yaxın,
çoxmərtəbəli binaların tikilməsi qəbuledilməzdir: "Qarşı
pəncərələri çox yaxın olan binalardakı insanlar, demək olar ki,
həmişə pərdə arxasında yaşamağa məcbur olurlar. Bunun hesabına
mənzilə günəş işığı düşmür. Bu isə insanların sağlamlığı baxımından
çox pis, təhlükəli məqamdır".
Şöbə müdirinin fikrincə, bunun bir səbəbi həmin
binaları inşa edən "sahibkarların" az yerdən daha çox gəlir
götürmək məqsədilə tikinti normalarını pozmasıdırsa, digər səbəbi
də vətəndaşların şəhərsalma və birgəyaşayış normalarına bələd
olmamasıdır.
C.Qocayevin sözlərinə görə, problemin yaranmasında
bəzi dövlət qurumlarının da böyük günahı var.
Komitə sözçüsü bildirib ki, çoxmərtəbəli binaların
bir-birinə çox yaxın şəkildə tikilməsinə yol verilməməsi paytaxtın
müfəssəl planının konsepsiyasında da nəzərdə tutulur.