Bakı yol polisi şəhərin mərkəzində reydlərə başlayıb
9 Yanvar 2014 17:40 (UTC+04:00)
Bakı yol polisi şəhərin mərkəzində reydlərə
başlayıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı
Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai
qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif
Əsədov bildirib.
V.Əsədov deyib ki, bu gün Bakı şəhərinin mərkəzi
ərazilərində - Nizami, Üzeyir Hacıbəyov, Rəsul Rza, Rəşid Behbudov
küçələri, Bülbül prospektlərində dayanma, durma və parklanmanı
qadağan edən nişanların təsir zonasında park edilən avtomobillərin
sürücülərinə qarşı reyd keçirilib.
Onun sözlərinə görə, bu gün 100-dən artıq
avtomobilin sürücüsü inzibati məsuliyyətə cəlb
edilib.
V.Əsədov qeyd edib ki, bu cür reydlər intensiv
aparılacaq: "Ona görə də sürücülərdən bir daha xahiş edirik ki,
şəhərdəki avtomobil dayanacaqlarından istifadə etsinlər. Əks halda
inzibati məsuliyyətə cəlb ediləcəklər".