Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib. İ. Ağayev bildirib ki, mövsümi qropə görə əhalinin kütləvi şəkildə vaksinasiya olunmasına ühtiyac yoxdur: "Hazırda əhali arasında yayılan xəstəik panepidemiyadır. Epidemiya halını almadığından vaksinasiyaya da lüzum yoxdur. Nə də ki, əhalini bu xəstəlikdən kütləvi şəkildə qorumaq mümkün deyil. Əgər mövsümi qrip hansısa ölkədə varsa, tədricən gediş-gəliş vasitəsilə, hava-damcı yolu ilə yayılır. Bu xəstəlikdən qorxmaq, əhalini təşvişə salmaq lazım deyil".