"Kanal D"in hansı serialı ekranlara vida edir?

10 Yanvar 2014 12:53 (UTC+04:00)

"Kanal D" kanalında yayımlanan "Kayıp" serialı ekrana vida edəcək. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, baş rollarda Mete Horozoğlu, Aslı Enver, Dolunay Soysert və Kaan Taşanerin çəkildiyi serial 3 bölüm sonra 27 yanvarda final edəcək. Qeyd edək ki, keçən həftələrdə final edəcəyi açıqlanan serial, tamaşaçıların istəyi nəticəsində bu qərarı yerinə yetirmək məcburiyyətində qalıb.