"28 May" metrostansiyasındakı sürüşkənlik aradan qaldırılıb (FOTO)

10 Yanvar 2014 13:23 (UTC+04:00)

28 May" stansiyasının platformasından sonra əsas giriş-çıxış pavilyonunda da son tamamlama işləri başlanılıb. Metropolitenin saytında verilən məlumata görə, "28 May" stansiyasının platforması kimi, tamamilə yeni görkəm alacaq yuxarı vestibüldə də müasir dövrün tələblərinə uyğun sistem və avadanlıqlar quraşdırılıb. Eyni zamanda, dizayn işlərində də texniki vasitələrdən istifadə olunub.

Stansiyada görülən işlərin əsas işi icraçısı "Azəraqrartikinti" ASC-nin sahə rəisi Soltan Soltanov qeyd edib ki, artıq sərnişinlər də əyani müşahidə edirlər ki, vestibüldə və platofrmada divar və döşəmənin mərmər və qranit təbəqəsinin yenilənməsi əsasən başa çatdırılıb:

"Müəyyən çətinlik döşəmə təbəqəsi vurularkən yaranıb. Çünki sərnişinlərin stansiyadan istifadə etməsi məhdudlaşdırılmadı. Bununla belə, çətinliklər hər kəsin gördüyü kimi müvəqqəti oldu və tədbirlər planına uyğun olaraq, xüsusi aqreqatla döşəmə cilalanıb. Bununla sürüşkənlik aradan qaldırılıb, həm də səthin hamarlığı təmin edilib. Son mərhələdə təhlükəsizlik zolağının quraşdırılması və stansiyada memarlıq elementlərinə əməl olunaraq, tematik bədii-qrafik işlərin aparılması yerinə yetiriləcək. Bundan əlavə, bir sıra texniki və təmir işləri də son tamamlama mərhələsindədir. Gümbəz formalı çıxışın üzərində "dartma tavan" adlandırdığımız forma yenidən yığılıb. Hamarlanmaqla tavanı yenidən rəngləmək olardı. Amma, isttənilən halda, nahamarlıq qalacaqdı. Xüsusi parça materialdan üzləmə ilə tavana ahəngdar mozaiklik effekti verilib, çilçıraq işıqlandırmasının təsiri artıb".

Soltan Soltanov həmçinin bildirib ki, fasadda xüsusi işıqlanma sistemi tətbiq olunacaq. "Azəraqrartikinti" ASC-nin sahə rəisi burada rənglərin geniş çalarının və axıcılığın stansiya girişinin görkəmini dəyişdirəcəyini deyib.